Yaşar “Ramo” serialındakı məşhur mahnını oxudu - VİDEO


Yaşar “Ramo” serialındakı məşhur mahnını oxudu -

Müğənni Yaşar Yusub “Yola zararsın” adlı mahnısını təqdim edib.

“MediaTime” xəbər verir ki, sözləri Şah İsmayıl Xətai, musiqisi Lütfü Gültekinə aid mahnı sənətçinin “Youtube” kanalında paylaşılıb.

Öz tərzindən kənara çıxan Yaşar mahnı üçün hazırlanan videoda saz ifa etməsi ilə də diqqət çəkib.

Qeyd edək ki, layihənin ideyası Cavid Gülə məxsusdur.

Onu da bildirək ki, zaman-zaman müxtəlif sənətçilərin ifasında yer alan mahnı “Ramo” serialında səslənəndən sonra daha da məşhurluq qazanıb.


Elton Hacıyev