Nigarla Aygünün ikinci dueti şəhidlərə həsr edildi - VİDEO


Nigarla Aygünün ikinci dueti

"Eurovision 2011" qalibi Nigar Camal və Əməkdar artist Aygün Bəylər növbəti duetini təqdim edib.

MediaTime xəbər verir ki, sənətçilərin "Şəhidlər" adlı mahnısının musiqisi İsmayıl Əsədov, sözləri Zəminə Xınalıya məxsusdur. Klipdə Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb.
"Vətən müharibəsi zamanı hər kəs xalqa, vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi Vətən üçün canından keçən igidlərimizə həsr etdik" deyə, Nigar Camal bildirib.

Onu da bildirək ki, müğənnilər bundan öncə “Nəfəsim, qəlbim” adlı duet təqdim etmişdilər.

Elton Hacıyev