İki ildir kirayə haqqını ödəyə bilmir


İki ildir kirayə haqqını ödəyə bilmir

Türkiyəli iş adamı Yusuf Araz Kemerburgaz da yerləşən lüks villasını uzun müddətdir aktrisa Defne Samyeliyə kirayəyə verib.

MediaTime türk mediasına istinadən bildirir ki, maliyyə probleminə görə tərəflər arasında xeyli müddətdir gərginlik yaşanır. Belə ki, Defne ötən ilin martından aylıq kirayə haqqı olan 16 min 720 lirəni (yəni 3 min 862 manatı) ödəmir.
Bundan əsəbiləşən iş adamı Samyelinin qaldığı mənzilə həbs qoydurub. Evdə aktrisaya məxsus bahalı əşyaların hamısı müsadirə edilib. 
Yusufun vəklili Iyaz Çimen Defnenin evdən çıxması və 2 illik kirayə haqqını ödəməsi üçün onu məhkəməyə verdiklərini bildirib.


Elton Hacıyev