"Anam marketə, kafeyə getməz" - Qızı Aygün Kazımovadan danışdı


"Anam marketə, kafeyə getməz" -

"Aygün Kazımovanın qızı olmağın müsbət təsiri olduğu qədər, mənfi yanları da var: istəyirsən hamı kimi dincələsən, marketə gedəsən ki, səni heç kim tanımasın. İndi maska bir az məni sevindirir. Bir tərəfdən onu taxanda tanımırlar".

MediaTime xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova "Xəzər" telekanlında yayımlanan "Səhər mərkəzi" proqramında deyib. İfaçı anasından, sənətindən danışıb.

İlqarə efirlərə çıxmamasının səbəblərini açıqlayıb:

"Əlimdə material olmadan heç vaxt efirə çıxmaram. İnsanların qarşısına çıxmaq mənim üçün məsuliyyətdir. Bəziləri kimi yalandan bütün günü efirdə olmaq mənə yaraşmaz. İzləyicilərimə hörmət edirəm, onların mənim haqda düşüncəsi önəmlidir".

İlqarə ən böyük arzusundan da bəhs edib. O bildirib, ən böyük istəyi Xalq artisti Eyyub Yaqubovla duet oxumaqdur.

Müğənni anasının "Bu qadın" yeni ekran işindən bəhs edib. İfaçı klipi izləyəndə ağladığını söyləyib. İlqarə bildirib ki, bir çoxları Aygün Kazımovanı təkrarlamağa çalışır:

"Şıltaqlıq ancaq mənim anama yaraşır. Kənardan baxıram ki, bəzi müğənnilər anamı təkrarlayırlar. Onun kimi partlayışlar etmək istəyirlər, amma onlara yaraşmır. Mənim anam belə doğulub, o, belə xoşlayır. Məsələn, anam mənim kimi marketə getməz. Mən xoşlayıram rəfiqələrimlə marketə, kafeyə gedim. Anam yox, oturar evdə, ofisdə, layihələr, işlər görər. Arzulayıram ki, başqaları öz yolunu tapsın. Hobbini sənətə çevirməsinlər".


Elton Hacıyev