"Küsülülük hissləri duymuram"


"Küsülülük hissləri duymuram"

Xalq artisti Aygün Kazımova illərdir küsülü olduqları haqda söhbətlər yayılan həmkarı Röya Ayxandan danışıb.

MediaTime xəbər verir ki, müğənni "ATV maqazin onlarla" proqramında ona bunla bağlı ünvanlanan sualı cavablandırıb.
Kazımova uzun müddət əvvəl məkanların birində Röya ilə qarşılaşdıqları və barışdıqları söhbətlərinə münasibət bildirib:
"Küsülülük hissləri duymuram. Haradan götürmüsüz ki, biz küsülüyük? Elə hisslər yaşamıram. Bəlkə, Röya məndən küsüb, uman yerdən küsərlər. Başqa cür küsməyə haqqı yoxdur. Çünki ondan böyüyəm".


Elton HACIYEV