"Aygün Kazımova yaxşı qonşudur..." - Röya


"Aygün Kazımova yaxşı qonşudur..." -

"Ötən ay Aygün Kazımovanın ad günü oldu, onu təbrik edirəm. İnstaqramda paylaşsaydım, qəribə baxacaqdılar. Ona görə də ən yaxşısı efirdən yeni yaşını təbrik edim. Ona çoxlu uğurlar arzulayıram".

MediaTime xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "10-da görüşək" proqramında deyib. Müğənni illərdir küsülü olduğu həmkarı Aygün Kazımovadan danışıb. Röya Kazımova ilə qonşu olduğunu deyib:
"Kənardan pis görsənir. Amma hər zaman deyirəm, yeganə qızam ki, yoluma daş qoymayıblar və məni çox istəyiblər. Hər zaman məni dəstəkləyənlər olub. Səhvsiz insan olmur. Səhv insan üçündür. Ya yaxşısan, ya pissən. Sonradan pis olmursan. Bəzi məqamlar oradan-buradan edilir, o da zamanla düzəlir. Aygün Kazımova yaxşı qonşudur. Eyni mərtbədə, fərqli bloklarda qalırıq. İnanın ki, bir şey olsa, qapısını döysəm kömək edər".
Qeyd edək ki, Kazımova da ötən gün "ATV maqazin onlarla" proqramında Röyü ilə bağlı suala "Biz küsülü deyilik" cavabını verib.

Elton HACIYEV