Röya vaksin vurdurdu


Röya vaksin vurdurdu

Xalq artisti Röya Ayxan peyvənd olunub. 

MediaTime xəbər verir ki, müğənni bu barədə instaqram səhifəsində məlumat verib.
O, prosesdən video yayaraq könüllü peyvənd olunduğunu açıqlayıb: “Bu gün könüllü olaraq peyvənd vurdurdum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun”.

Qeyd edək ki, R. Ayxan ilk peyvənd olunan mədəniyyət üzvüdür.


Elton HACIYEV