"Aygün və Röya türkiyə şou-biznesin hissəsi olmayıblar"


"Aygün və Röya türkiyə şou-biznesin hissəsi olmayıblar"

“Rusiyaya gedib İqor Krutoyla (prodüser- musiqiçi- red.) görüşdüm. Bir il ərzində 4 sinql, 2 klip və PR üçün 1 milyon dollar istədilər. Şərt qoydular ki, Faiq Ağayev adından imtina etməlisən. Türkiyədə yarım il PR, 5 mahnı və 3 klip üçün isə 1 milyon avro istədilər”.

MediaTime xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “ATV maqazin onlarla” proqramının “33 sual” rubrikasında qonaq olarkən deyib. Müğənni xarici şou-biznesə qatılmaq istəyindən, həmkarlarının Türkiyədə gördüyü işlərə toxunub: 
“Bizim müğənnilər bir çox Türkiyə ifaçılarından yaxşı oxuyurlar. Lakin istədiklərini oradan ala bilmirlər. Aygün Kazımova və Röya Ayxan sənət baxımından gözəl iş görüblər. Di gəl ki, o şou-biznesin hissəsi olmayıblar.  Necə ki, Azərbaycanın brilliant ifaçılarıdır. Şərait elə yaranmayıb ki, oranı sahiblənsinlər.

Elton HACIYEV