Keçmiş arvadına yenidən elçi getdi


Keçmiş arvadına yenidən elçi getdi

Sinan Akçıl eks-həyat yoldaşı Burcu Kıratlıya yenidən elçi gedib.

MediaTime
xəbər verir ki, o, Burcunun evinə ailəsi və musiqiçilərlə birlikdə gedib. Həmin anlar qonşuluqda yaşayan insanları da təəccübləndirib.
Cütlüyün toyu 22 fevralda İstanbulda gerçəkləşəcək. Nikah şahidləri isə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu və müğənni Sibel Can olacaq.
Burcunun gəlinliyi isə məşhur modelyer Hakan Akkayaya həvalə edilib.

Elton HACIYEV