Sevda ilə həyat yoldaşı genetik testdən keçdilər


Sevda ilə həyat yoldaşı genetik testdən keçdilər

Müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramov genetik test veriblər.
 
MediaTime xəbər verir ki, bu barədə “Səhər mərkəzi” proqramında məlumat verilib. Verilişin ikinci hissəsində qonaq olan həkim Z. Bayramov genlərin uzlaşması barədə test olunduqlarını açıqlayıb:
 
“Uşaqların xarici görünüşü və səs baxımından xanımıma oxşamasını istəyərdim. Mənim üçün fərqi yoxdur. Xanımı özüm seçmişəm, bütün gen səviyyəsində onu sevirəm”.
 
Daha sonra canlı efirdə yer alan S. Yahyayeva isə test nəticələri barədə hələ məlumatsız olduğunu bildirib:
 
“İnanın, test nəticələri barədə ona sual verməmişəm. Övladım əsas odur ki, ağıllı və uğurlu olsun. Mən də istəyərəm ki, ağılda ona, xarici görünüşdə mənə oxşasın. Hansı sahəni seçməyinin fərqi yoxdur. Çox xoşbəxtəm. Zakir bilir ki, ona dəyər verirəm və çox sevirəm”.


Elton HACIYEV