DataLife Engine / “Kişi yoldaşını əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan"

“Kişi yoldaşını əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan"

"Pul qazanan kişi başqadı. Qadın ona daim qulluq etməlidir. Bir qadın bazara getmir, qiymət bilmirsə başqadır. Kişi əlidolu gəlib, qapını təpiklə vurub içəri girirsə, onun başına dolanaram, ayağını da yuyaram. Qadın evinin qulluqçusu olmalıdır. Mənə qarşı diqqəti varsa, başıma dolanırsa, niyə ona qulluq etməyim? Düz danışıram".

MediaTime
xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günün sədası" proqramında deyib. Qarmon ifaçısı kişi-qadın münasibətlərindən danışıb. O, kişi xəyanətini dəstəklədiyini bildirib:

"Atam qazanırdı, anam ev xanımı olub. 52 yaşında rəhmətə gedib. Anam o günədək bazara getməyib. O, çörəyin qiymətini bilmirdi. Bazarlığa gedəndə çörəyin qiymətini soruşub, sonra ağlayıb. Deyib ki, bu yaşadək çörəyin qiymətini bilməmişəm. Ona belə kişi qulluq edib.
Razıyam, bu cür kişilər gedib xəyanət etsinlər. Mənə qəbuldur. Onsuz əvvəl-axır evinə qayıdacaq. Səni ər əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan".


Elton HACIYEV
18-02-2021, 12:30
Вернуться назад