DataLife Engine / Roza jurnalistlərin bostanına daş atdı:

Roza jurnalistlərin bostanına daş atdı:

"Bir vaxtlar hər yerindən qalxan müğənni olurdu. Hamı deyirdi, müğənniliyi necə acizləşdiriblər. O tendensiya qurtardı, yaxşılar qaldı, zəiflər ələndi. İndi isə jurnalistika peşəsində belədir. Məşhur olmaq istəyən jurnalistikaya gəlir. Əsal jurnalistlərimiz də az deyil".

MediaTime xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli deyib. Xəzər telekanalında yayımlanan “Anamın yeməyindən yoxdur” proqramında qonaq olan ifaçı müharibə haqqında da fikirlərini bölüşüb:
"Müharibə ərəfəsində bir gözümüz sevindisə, digəri ağladı. Hələ də tam sevinə bilmirəm. Məncə, çoxları mənimlə eyni hissi yaşayır. Bizim torpaqlar abadlaşanda, orada şəhidlərimizin ziyarətgahı olanda sevinəcəm. Onda gedib o torpaqları ziyarət edəcəm. Orada Polad Həşimov kimi oğulların adına küçə olanda, tam sevinəcəm".

20-02-2021, 11:32
Вернуться назад