DataLife Engine / Emin Ağalarov şirkətini 25 milyon dollara satdı

Emin Ağalarov şirkətini 25 milyon dollara satdı

Xalq artisti Emin Ağalarovla müğənni Bəxtiyar Əliyev (Bahh Tee) təsis etdikləri “Zhara Music” leyblını satıb.

MediaTime xəbər verir ki, şirkəti “Warner Music Group” satın alıb. Bu barədə E.Ağalarov sosial şəbəkə hesabında məlumat verib.
“People Talk” teleqram kanalına görə, “Zhara Music” 25 milyon dollara satılıb.
Xatırladaq ki, “Zhara Music” 2018-ci ildə yaradılıb. Etiketdə Emin Ağalarov, HammAli və Navai, Rauf və Faik, Jony və bir çox populyar sənətçilər yer alıb.

Elton HACIYEV

30-03-2021, 13:43
Вернуться назад