DataLife Engine / Şəbnəm Tovuzlunun qəzəbi kimədir, o nifrəti kim yaratdı onda... -

Şəbnəm Tovuzlunun qəzəbi kimədir, o nifrəti kim yaratdı onda... -

Müğənni Şəbnəm Tovuzlu “Nifrət” adlı yeni klipini təqdim edib. 
 
MediaTime  xəbər verir ki, sözləri və musiqisi Rəhman Allahverdiyevə məxsus bəstəyə rejissor Nail Naiboğlu ekran həyatı verib. Mahnının aranjemanı İsmayıl Əlizadəyə məxsusdur.  

Yeni klipindən danışan müğənni payız ab-havalı iş təqdim etdiyini bildirib:

“Payızın ilk günlərində həzin, fəsli yansıdan klip təqdim etmək istədim. Mahnını dinlədiyim an bəyəndim, dinləyicilərimin də bəyənəcəyini düşündüm. İlk paylaşdığım andan sosial şəbəkələrdə də, “Youtube” kanalımda da maraqla qarşılandı. İnanıram ki, digər mahnılarım kimi “Nifrət” də trendlərdə öz yerini tutacaq”. 



Elton HACIYEV

4-10-2021, 14:02
Вернуться назад