DataLife Engine / Tolik "Xəzərdən" getdi -

Tolik "Xəzərdən" getdi -

Prodüser Tarix Əliyev (Tolik) aparıcı kimi çalışdığı Xəzər TV-dən ayrılıb.
 
MediaTime xəbər verir ki, Tolik bu gün ərizəsini yazaraq işdən çıxıb. İşdən getməsi haqda o, bunları bildirib:
 
"Nəhayət ki, 5 ilə yaxındır çalışdığım, məni sizə daha yaxından tanıtdıran doğma “Xəzər”imizdən ərizəmi yazaraq uzaqlaşıram. Bu müddət ərzində ola bilər ki, hansısa yalnışlıqlarım oldu. Peşəkar aparıcı və jurnalist olmasam da, bu illər ərzində bir çox peşəkar aparıcılar qarşısına çıxıb, onlara reytinqdə öz sözümü deməyi bacardım. Bunu kim dansa da, televiziya əməkdaşları çox yaxşı bilir.
 
Siz tamaşaçıların mənə olan sevgisi və göstərdiyi diqqət sayəsində öz sözümü deməyi bacardım. Çünki hər aparıcı tamaşaçı sevgisini qazana bilmir.
 
Baxmayaraq ki, Murad Dadaşov vəzifəyə gələn ilk gün "Hər şey daxil" verilişi bağlandı, amma mən bugünə qədər "Xəzər" kanalının əməkdaşı olaraq hər ay əmək haqqımı aldım. Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət də maaşımı alacaqdım".
 
Tolik onu da əlavə edib ki, yaxın günlərdə "Tarixin bir günü" verilişi ilə efirə qayıdacaq.


Elton HACIYEV

7-10-2021, 13:08
Вернуться назад