DataLife Engine / İntihar, yoxsa cinayət? -

İntihar, yoxsa cinayət? -

Müğənni Damla “Tar” adlı yeni mahnı və klipini təqdim edib.

MediaTime xəbər verir ki, mahnının müəllifi reper YAP10 -dur. İfaçı "Tar"ın aranjimanını Elvin Musayevə həvalə edilib. 

Qısa metrajlı filmi xatırladan ağ – qara rəngdə ekran işinin rejissoru Delee Orucludur.

Damla bildirib ki, ekran işinin ərsəyə gəlməsində böyük komandanın əziyyəti var: 

"Bu komanda ilə artıq ikinci işimizdir. Mahnını 5 ay əvvəl yazdırmışam, trep janrındadır və ilk dəfədir bu tərzə müraciət edirəm.  Mahnı bu tərzdə olduğu üçün düşündük ki, intihar mövzusunda ekranlaşdıraq".

Klip çəkilişləri zamanı sənətçinin imici üzərində stilist Elnur Həsənov çalışıb. 

14-11-2021, 18:21
Вернуться назад