DataLife Engine / "The Voice"ın iştirakçısından ilin ilk cəsarətli

"The Voice"ın iştirakçısından ilin ilk cəsarətli

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov 2021-ci ilin ilk yaradıcılıq işini təqdim edib.

MediaTime  xəbər verir ki, sənətçi 2021-ci ildə ilk fotosessiyasını təqdim edib. Seyran obrazı üzərində özü çalışıb.

Qeyd edək ki, sənətçi yaxın günlərdə yeni layihələri də təqdim edəcək.

Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Almaniyada dünya şöhrətli "The Voice" (Səs) layihəsinin iştirakçısıdır.

Elton Hacıyev



1-01-2021, 18:03
Вернуться назад