Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb


Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb

Prezident İlham Əliyev "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.


"Report"un məlumatına görə, fərmanla Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti yaradılıb.

Qeyd edək ki, fərmanla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.