Kənd məktəbinin uğur hekayəsi - FOTO


Kənd məktəbinin uğur hekayəsi

Təhsildə çox vaxt  neqativlərdən yazırıq.Bu da səbəbsiz olmur. Tənqid özü güzgü kimidir. Ona baxanda əyər-əskikləri görüb düzəltmək olur. Tənqid ilə bərabər müsbət cəhətləri  görüb deməsək, bu da  insafsızlıq olardı.

Bərdə rayonunda fəaliyyət göstərən məktəblərdən biri də Yeni Əyricə kənd tam orta məktəbidir. Təbii ki, kollektivin irəli aparılması , əldə olunan uğurlar da bilavasitə rəhbər olan şəxsin hərtərəfli keyfiyyətləri sayəsində mümkün olur. Necə ki, Yeni  Əyricə kənd tam orta məktəbinin direktoru Amil Hüseyinovun sayəsində biz bunu görürük.

İlk öncə Amil Hüseyinov haqqında qısa arayış: Amil Həsən oğlu Hüseyinov 5 may 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub.1-ci sinifə Bərdə şəhər tam orta mətəbdə təhsil almağa başlayıb. 5-ci sinfə qədər burada təhsil alsa da sonralar təhsilini Bərdə rayon Əliyanlı kənd Tam Orta məktəbində davam etdirib.Orta məktəbi bitirən Amil Hüseyinov təhsilin ali mərtəbəsinə ucalmağı hədəf seçib. Azərbaycan Dövlət Pedeqoji Universtitetinin tarix müəllimi ixtisasına yiyələnib. 2013-cü ildən Bərdə rayon Yeni  Əyricə Məktəbinin direktorudur.

Bərdə rayon Yeni Əyricə Məktəbində pedaqoq və texniki işçilərlə yanaşı 51 əməkdaş çalışır. Amil Hüseyinovun kollektivə rəhbər təyin olunmasından sonra  məktəbin fəaliyyətində də irəliləyiş müşahidə olunur. Bunun nəticəsidir ki, ötən il 10 nəfər buraxılan şagird ölkəmizin müxtəlif ali təhsil müəsissələrinə daxil olub.  Xüsusilə vurğulamaq lazımdır ki, İki şagird fərqlənmə atestatı alıb. Hansı ki, məktəbin tarixində bu faktın özü ilk hadisədir. Bərdə rayon Yeni  Əyricə Məktəbi hər il keçirilən fənn olimpiadalarından  da alnıaçıq, üzüağ çıxır. Ötən il məktəbin 9 şagirdi olimpiada bilik yarışına qoşulub. Onlardan 3 nəfəri müvəffəq qiymətlər əldə edib. Bu il isə fənn olimpiadasında üç nəfər şagird iştirak edib ki, onların da hər biri məktəbin başın uca ediblər. Uğurlara layiq Amil Hüseyinovla söhbət edərkən onun insani keyfiyyətlərinə daha yaxından bələd olmaq imkanı qazanırıq. Direktor müəllimlərin hər tərəfli qayğısına qalır. Hər müəllimə fərdi yanaşmanın şahidi oluruq. Belə ki, müəllimlərin əməyinin qiymətləndirilməsində ilk növbədə onların  bilik və bacarıqlarına önəm verilir. Eyni zamanda sosial vəziyyəti nəzərə alınır. Ədalət prinsipi qorunsun deyə, hətta direktor ozü üçün cüzi dərs saatına belə qane olur. Müəllimlərlə yanaşı məktəbin şagirdləri də rəhbərliyin daim diqqət və qayğısını hiss etmiş olurlar. Bunun üçün valideyinlər belə Amil Hüseyinovun fəaliyyətini yüksək qiymətləndirirlər. Son da biz də məktəblə tanışlığımızdan fərəh hissi keçirmiş oluruq. Gənc nəslin təlim tərbiyyəsi, təhsillənməsində belə gənc rəhbər şəxsin olması, heç şübhəsiz ki, bizi sevindirir. Media institutu olaraq biz də gənc direktor Amil Hüseyinova fəaliyyətində uğurlar arzulayırıq. Ümid edirik ki, bu təhsil ocağından həmişə xoş xəbərlər eşitmiş olacağıq.