Qalib ölkənin 146 yaşlı mediası - MediaTime.az-ın müxbiri mükafata layiq görüldü - Fotolar


Qalib ölkənin 146 yaşlı mediası -  MediaTime.az-ın müxbiri mükafata layiq görüldü

Paytaxt ərazisində yerləşən “Bəylərbəyi Meyhanə” restoranında - 22 iyul, Milli Mətbuat Günü münasibəti ilə “Mətbuatın dostu” mükafatlandırma mərasimi keçirilib. 

MediaTime  xəbər verir ki, ənənəvi olaraq təşkil olunan tədbir Milli Mətbuatın yaranmasının 146 illiyinə həsr olunub. Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 
Sədaqət Rəşidqızı və Zabir Əliyevin aparıcılığı ilə baş tutan gecədə, 
tanınmış jurnalistlərdən İlhamə Novruzova, İlhaniyyə Rzayeva, Vüqar İmanov, Lalə Azırtaş, Pərvin Əsgərli, Jalə Həsənli, Nübar Ələkbərova, Afət Rahilqızı, Lalə Qəzənfər və başqaları diplom və  hədiyyələrlə təltif olundular.

 

Mükafata layiq görülənlər sırasında MediaTime saytının müxbiri Elton Hacıyev də olub. 

44 günlük müharibədə fədakarlıq göstərmiş jurnalistllərə tədbirdə xüsusi yer ayrılmışdı.   İlqar Mikayıloğıu (Real Tv), İbrahim Kamiloğlu (Xəzər Tv),  İsmayıl Əmirli ( ATV), Elnur Tofiq (Az Tv) müharibə dövründə şahidi olduğu hadisələri tədbir iştirakcıları ilə bölüşdülər. 

 

Jurnalistləri təbrik etmək ücün tədbirə bir nece tanınmış mügənnilər təşrif buyurmuşdu. 

 

Əməkdar artist Mətanət İskəndərli, Ramal İsrafilov, Mədinə Məlik, Ceyhun Hacıyev öz gözəl nəğmələri ilə qonaqları xoş ovqat bəxş etdi. 

 

Qeyd edək ki, tədbirin təşkilatçısı və aparıcısı Sədaqət Rəşidqızı Zabir Əliyevdir. Tədbirin baş sponsoru "Doy Mak" məhsulları, sponsorlar "Jalə" şirələri, "Bizon Energy", təşkilatı dəstəkçilər "Bello" yuyucu vasitələri, "Bəylərbəyi Meyhanə", Azəri Production və T Group dizayn idi. Süfrələrin bəzdilməsində Jalə şirələri jurnalistlərə xüsusi olaraq öz keyfiyyətli məhsullarını təqdim etdi. Keyfiyyət nişanı olan Jalə şirələri mediaya dəstək olduğunu tədbirə qatılaraq bir daha təsdiqlədi. 


Elton HACIYEV