İlk ödənişli yol bu il istifadəyə veriləcək


İlk ödənişli yol bu il istifadəyə veriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Bakı-Quba, Ələt-Astara yollarının təmirindən danışıb. 
S.Məmmədov bildirib ki, Bakı-Quba-Rusiya avtomobil yoluna paralel olaraq Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Rusiya sərhədinə kimi yolun 100 kilometr hissəsi bu il tam çəkilib əhalinin istifadəsinə veriləcək:
“Bu yol beton yola paralel çəkiləcək və Azərbaycanda ilk ödənişli yol kimi əhalinin istifadəsinə veriləcək. Bu yol istifadəyə verildikdən sonra indiki beton yolun təmirinə başlanılacaq. 
Bundan başqa Bakı-Ələt-Astara-İran yolu iki il əvvəl istifadəyə verilib. Lakin İranla sərhəddə Astara çayı üzərində körpünün tikintisi həyata keçirilmədiyi üçün yolun birləşdirilməsi başa çatmamışdı. Artıq İran Prezidenti ilə Prezident İlham Əliyevin görüşündə bu körpünün tikilməsi razılaşdırılıb. Çox güman ki, bu il həmin körpü tikilərək istifadəyə veriləcək. Bununla da Astara rayonunun daxili yollarından istifadə etmədən İrana gediş-gəliş təmin ediləcək”.