İstirahət günlərində hava necə olacaq?


İstirahət günlərində hava necə olacaq?

Həftəsonuna olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında arabir yağış yağacağı, fevralın 23-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.