Azərbaycanda polislər də koronavirusa yoluxub


Azərbaycanda polislər də koronavirusa yoluxub

Azərbaycanda koronavirusa yoluxanlar arasında polis əməkdaşları da var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis əməkdaşları xidmətdə olarkən yoluxublar. 
Onun sözlərinə görə, polislər yoxlamalar zamanı əhali ilə sıx ünsiyyətdə olduqları üçün onlarda da koronavirusa yoluxma halları aşkarlanıb: “Dəqiq say bəllidir, amma ictimaiyyətə açıqlanmır. Onların hər birinin vəziyyəti yaxşıdır. Ölkədəki koronavirusdan müalicə mərkəzlərində saxlanılırlar”.