Bakı metrosunda problem yaranıb


Bakı metrosunda problem yaranıb

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb və buna görə bir müddət sərnişinlər stansiyalara buraxılmayıb.
MediaTime.Az-ın verdiyi xəbərə görə, Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb: “Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq, təkrarən yoxlanılıb, elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb”.