DataLife Engine / Hacı Zeynalabdin qəsəbəsində ekolojı terror gedir, insanların həyatı

Hacı Zeynalabdin qəsəbəsində ekolojı terror gedir, insanların həyatı

Yay aylarında bir çox yerlərdə qarşılaşa biləcəyiniz mənzərə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində də var.

MediaTime-ın məlumatına görə, qəsəbənin Xətai 45 ünvanında yaşayan sakinlərin sözlərinə görə, yay aylarında zibillikdən axan suların üfunət qoxusundan küçəyə çıxmaq belə olmur. Qəsəbədə qoyulan əksər zibil qabları köhnə olduğundan üfunət iyi yayan mayə küçəyə dağılır.
Qəsəbə sakinləri dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də indiyədək heç bir tədbir görülməyib.
Ən vacib məsələlərdən biri isə, uşaqların bu şəraitdə oynamaqlarıdır. Belə ki, məişət tullantıların çürünməsi nəticəsində ayrılan ammonyak (HN3) qazı göz və tənəffüs yollarına təsir edə bilər, yüksək konsentrasiyalarda isə ölümlə nəticələnə bilər.

Biz bu yazıda yalnız problemləri olduğu kimi göstərməyə çalışdıq.





Elton HACIYEV 
17-08-2021, 12:10
Вернуться назад