DataLife Engine / Koronavirusa qalib gələn 99 yaşlı qadının SİRRİ - Şirniyyatlar

Koronavirusa qalib gələn 99 yaşlı qadının SİRRİ - Şirniyyatlar

Britaniyanın 99 yaşlı sakini Rita Reynolds beş gün ərzində koronavirusdan sağalıb. Qohumları zarafatca bunun sirrinin qadının şirniyyata olan sevgisində görürlər.

MediaTime.Az-ən lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Martın sonunda koronavirus diaqnozu qoyulan Reynoldsa yaşına görə evdə müalicə almasına icazə verilib. Qohumları onun son günlərini yaşadığını düşünüblər.
Lakin bir neçə gün sonra həkimlər onun koronavirus infeksiyasından tam sağaldığını bildirib. Qadının nəvələrindən biri Henri Fillips şirniyyata olan sevgisinin Rita üçün ən yaxşı dərman olduğunu deyərək zarafatlaşıb.
Henrinin sözlərinə görə, nənəsi illərdir ki, hər gün şirniyyat yeyir. O, şokolad, peçenye və cemli tostları xüsusilə çox sevir.

“Onun nə vaxtsa meyvə və tərəvəz yediyini heç xatırlamıram. Daim şirin tostlar və peçenye yeyib. Deyəsən, onu sağaldan elə budur", - deyə Fillips danışıb.

6-04-2020, 15:57
Вернуться назад