DataLife Engine / Qarabağ müharibə veteranının düşdüyü acınacaqlı vəziyyət

Qarabağ müharibə veteranının düşdüyü acınacaqlı vəziyyət

İsmayılov Məmmədrza Hacı oğlu, 65 yaşı var. Bərdə rayonu, Heydər Əliyev Prospekti, Nizami küçəsi ev 1 ünvanda yerləşən balaca baxımsız daxmada yaşayır. 1992-93-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısıdır, Ağdam rayonunda gedən döyüşlərdə iştirak edib. 2016-cı ildə həyat yoldaşı və 2017-ci ildə qızı uzun sürən xəstəlikdən sonra vəfat ediblər. Hal-hazırda tənha yaşayır. Bir oğlu var oda Sumqayıt şəhərində ailəsi ilə birgə kirayə yaşayır və xroniki c virus hepatitindən əziyyət çəkir. Məmmədrza İsmayılov hər ay aldığı 230 manat pensiyasını bankdan götürdüyü kreditinə ödəyir.
Kreditinin götürməyinin səbəbi isə yoldaşının və oğlunun müalicəsi üçündür. Pensiyasından demək olarki ona on manat pul qalır və həmin on manatla cəmi bir həftə dolana bilir. Azərbaycan Respublikasının Prezidentinə, Mehriban xanıma və Müdafiə Nazirinə məktubla müraciət etsədə, müraciətləri Bərdə rayon İcra Hakimiyyətinə yönləndirilib və nəinki köməklik hətta bugünkü günə qədər İcra Hakimiyyətindən gəlib onun yaşayışı ilə maraqlanan olmayıb. Pulu olmayanda günlərlə ac və işıqsız qalır, yeməyə çörək almağa elektrik enerjisinin ödənişini etməyə belə pulu qalmır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevadan xahiş edirlər ki,onların  yaşadığım şəraiti görsünlər. Görsünlər ki,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını belə düşünmədən təhlükəyə ataraq erməni ilə gecə-gündüz vuruşan Qarabağ Müharibə Veteranı hansı şəraitdə yaşayır.






23-04-2020, 10:24
Вернуться назад